Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil və mədəniyyət müəssisələrində “27 Sentyabr – Anım Günü” qeyd olunmuşdur

26 sentyabr 2025 | 16:17
       26 sentyabr 2025-ci il tarixində Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində “Konstitusiya və Suverenlik İli” çərçivəsində “27 Sentyabr – Anım Günü”nə həsr olunmuş bir sıra tədbirlər təşkil olunmuşdur. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının da iştirak etdiyi tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamışdır.
       Tədbirlərdə çıxış edən RİH başçısı Aparatının əməkdaşları Anım Gününün keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Vətən müharibəsində qazanılmış şanlı Qələbənin Azərbaycan tarixində yeni bir dövrün başlanğıcı olduğunu qeyd etmişlər. Bildirilmişdir ki, bu gün şəhidlərimizin qəhrəmanlığı və xalqımızın birliyi sayəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunmuş, milli qürurumuz özümüzə qaytarılmışdır. Çıxışlarda həmçinin Prezident İlham Əliyevin dönməz siyasi iradəsi, qətiyyəti və düşünülmüş, uzaqgörən siyasətinin 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında həlledici rol oynadığı xüsusi vurğulanmışdır. Qeyd olunmuşdur ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu tarixi ədaləti və beynəlxalq hüququ bərpa etmiş, işğalda olan torpaqlarımız azad olunmuşdur. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi, tarixi Zəfərin gələcək nəsillərə çatdırılması və bu qəhrəmanlıq salnaməsinin daim yaşadılması zərurəti diqqətə çatdırılmışdır.
      Daha sonra videoçarxlar nümayiş etdirilmiş, məktəblilər və mədəniyyət müəssisələrinin yetirmələri tərəfindən hazırlanmış ədəbi-bədii kompozisiyalar təqdim olunmuşdur. Tədbirlər xatirə şəkillərinin çəkilməsi ilə başa çatmışdır.
Keçidlər