Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsildən yayınan uşaqlar tədris prosesinə yenidən cəlb olundu

12 aprel 2023 | 10:20
    Aprel ayı ərzində Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil müəssisələrində təhsildən yayınan şagirdlərin  Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya və məktəb rəhbərliyi tərəfindən yaşayış ünvanlarına baxış keçirilmiş və müvafiq araşdırma aparılmışdır.
      Görüş zamanı valideynlərlə profilaktik söhbət aparıldıqdan sonra qısa müddət ərzində şagirdlərin tədris prosesində müntəzəm iştirakı təmin olundu. Həmin şəxslərə uşaqların hüquq və mənafeyi, təhsilləri ilə bağlı və digər normativ hüquqi aktların tələbləri izah edilmişdir.
     Rayon İcra Hakimiyyəti  tərəfindən bu və digər məsələlər daim nəzarətdə saxlanılacaqdır.
Keçidlər