Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü silsilə tədbirlərlə qeyd edilib

10 may 2024 | 15:45
6-10 May 2024-cü il tarixlərdə Pirallahı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə  həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Təhsil və mədəniyyət müəssisələrində keçirilən tədbirlərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, müəssisə rəhbərləri, pedaqoji kollektivlər və şagirdlər iştirak etmişdir.
Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin mübarizələrlə, uğurlarla dolu həyat və fəaliyyətinə həsr olunmuş  filmlərin nümayişi ilə başlayan tədbirlər natiqlərin dərin mənalı çıxışları ilə davam etmişdir. Çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyev ən mürəkkəb, ziddiyyətli tarixi proseslərin gərdişindən bacarıqla baş çıxaran, ən çətin vəziyyətdə də təmkinini itirməyən və dünyadakı geosiyasi dəyişiklikləri realistcəsinə qiymətləndirib mənsub olduğu xalqın, ölkəsinin çıxarlarını praqmatik ağılla və dəqiq hesablayan bir lider idi. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli məhz ümummilli liderimiz Heydər Əliyevin xidmətləridir.
Daha sonra bədii hissə ilə davam edən tədbirlərdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş sərgilərə baxış keçirilmiş, şagirdlər tərəfindən şeirlər səsləndirmiş, mahnılar ifa edilmiş, kompozisiyalar nümayiş etdirilmişdir.
Keçidlər