Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümumi fiziki hazırlıq” üzrə tədbir keçirildi

20 aprel 2024 | 09:40
       18 aprel 2024-cü il tarixdə məktəblilər arasında idmana  olan marağın artırılması və fiziki aktivliyin təbliği məqsədilə N.S.Teymurov adına 231 №li tam orta məktəbdə şəhid general-mayor Polad Həşimovun əziz xatirəsinə həsr olunmuş “Ümumi fiziki hazırlıq” üzrə tədbir keçirildi.
       Yarışda Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəb rəhbərliyi və rayon sakini, veteran məşqçi, beşqat dünya çempionu Vahid Hüseynov münsiflər heyəti qismində iştirak etdi. Yarış himnin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükütla yad edilməsi ilə öz işinə başladı. Tədbirdə çıxış edən natiqlər torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş General-mayor Polad Həşimovun keçdiyi döyüş yolundan və Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən bəhs edərək hər bir Azərbaycan gəncinin, o cümlədən gələcəyimiz olan məktəblilərin bundan sonra da Vətənin keşiyində dayanmaq üçün daim hazır olmalı olduğunu vurğuladı. Bunun üçünsə idmanın və fiziki sağlamlığın vacibliyi qeyd edildi. O da vurğulandı ki, Vahid Hüseynov kimi veteran idmançıların məktəblilərlə görüşməsi, onlara öz tövsiyələrini verməsi gənc nəslin təlim tərbiyəsində müstəsna rol oynayır.
      Daha sonra şagirdlərin yaş qruplarına görə fiziki göstəriciləri yoxlanıldı və I-II-III yerin qalibləri diplomlar və medallarla təltif olundu.
Keçidlər