Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib

01 may 2025 | 16:10
      1 may 2025-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə rayon ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin komandalarının iştirakı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş qızlar arasında voleybol turniri keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Bakı Şəhər Gənclər və İdman İdarəsinin məsul əməkdaşları iştirak etmişlər.
       Tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.  Daha sonra Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev tədbiri giriş sözü ilə açaraq, Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasında və idmanın inkişafında misilsiz xidmətlərindən bəhs edib. O, çıxışında bildirib ki, Ulu öndər hər zaman gənclərə və idmançılara xüsusi diqqət və qayğı göstərib, ölkəmizdə idmanın kütləviliyinə, sağlam həyat tərzinin təbliğinə böyük önəm verib. Məhz bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycan beynəlxalq arenalarda uğurla təmsil olunur. Arzu Abdullayev əlavə edib ki, bu cür tədbirlərin keçirilməsi həm Ulu öndərin zəngin irsinin yaşadılması, həm də məktəblilər arasında sağlam rəqabət mühitinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
        Daha sonra çıxış edən Bakı Şəhər Gənclər və İdman İdarəsinin Pirallahı rayonu üzrə gənclər və idman sektorunun müdiri Vüqar Əliyev, Heydər Əliyevin idmana verdiyi dəyərdən danışaraq qeyd edib ki, onun əsasını qoyduğu uğurlu siyasət bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir.
        Maraqlı və yüksək rəqabət şəraitində keçən turnirin yekun nəticələri aşağıdakı kimi olmuşdur.
I Yer - 168 nömrəli tam orta məktəb
II Yer - 186 nömrəli tam orta məktəb
III Yer -235 nömrəli tam orta məktəb
 
          Turnirdə qalib gələn komandalara kubok, diplom və medallar, çempion komandaya isə idman formaları təqdim edilib. Sonda xatirə şəkli çəkdirilib.

 

Keçidlər