Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol turniri keçirilib
22 aprel 2025 | 16:43
22 aprel 2025-ci il tarixində Pirallahı qəsəbəsi S.Bağırov küçəsində yerləşən ABAD məhəllədə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman İdarəsi və ”Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə ABAD məhəllələrarası turnir keçirilib.
Tədbirdə RİH başçısı Aparatının və rayon üzrə gənclər və idman sektorunun məsul əməkdaşları, hakimlər və azarkeşlər iştirak etmişdir.
Tədbirdə çıxış edən natiqlər iştirakçıları salamlayaraq ilk öncə ölkəmizin idman sahəsində əldə etdiyi uğurlardan geniş bəhs etdilər.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ABAD məhəllələrarası voleybol yarışının keçirilməsinin əsas məqsədi gəncləri bədən tərbiyəsi və idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclərin fiziki sağlamlığını möhkəmləndirərək sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində idman yarış və tədbirlərinin ənənələrini qoruyub saxlamaqdan ibarətdir. Vurğulandı ki, gənclərin bu sahədə aktivlik nümayiş etdirməsinin səbəbi əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hal-hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclər siyasətidir. Natiqlər turnirdə iştirak edən bütün komandalara uğurlar arzu etdilər.
Gərgin və maraqlı mübarizə şəraitində keçirilən yarışın yekun nəticələrinə əsasən aşağıdakı komandalar qalib olmuşdur:
I yer - Y.Əliyev adına 235 nömrəli tam orta məktəbin komandası
II yer – N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbin komandası
III yer – 186 nömrəli tam orta məktəbin komandası
Qaliblər Bakı şəhər Gənclər və İdman İdarəsi tərəfindən sertifikatlarla təltif edildilər.
Sonda tədbir iştirakçıları xatirə şəkili çəkdirdilər.