Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” çərçivəsində “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” mövzusunda konfrans keçirilmişdir

14 noyabr 2023 | 15:15
14 noyabr 2023-cü il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə Uşaq hüquqları aylığıçərçivəsində “Gənclər arasında ailə dəyərlərinin təbliği, ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi, “Erkən nikahın və qohumlar arasında nikahın həyat və sağlamlığa mənfi təsiri” mövzularına həsr olunmuş konfrans keçirilmişdir.
Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etdilər. Tədbirdə natiqlər çıxışlar edərək, mövzular ətrafında  şagirdləri geniş şəkildə məlumatlandırıblar. 
Tədbirdə qeyd edilmişdir ki, Azərbaycan Respublikasında da 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. 1998-ci il 19 may tarixində ölkəmizdə sözügedən Konvensiyanın əsas prinsiplərini özündə əks etdirən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Aylığın keçirilməsində məqsəd uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılmasıdır.
Təqdirəlayiq haldır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında da əhalinin müxtəlif qruplarının, o cümlədən uşaqların hüquqlarının müdafiəsi ilə bağlı müddəalar təsbit olunmuş və uğurla həyata keçirilməkdədir.
Eyni zamanda,  çıxışçılar bildirdilər ki, bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nikah hallarının baş verməsidir.  Belə ki, erkən yaşda qızların ailə həyatı qurmağa məcbur edilməsi onların təhsilinə, bir fərd kimi inkişafına mane olur, psixologiyasına mənfi təsir göstərir. Erkən nikah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur.
Hazırda ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi baza mövcuddur. Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına qoşulub. Azərbaycan Respublikasının Uşaq Hüquqları haqqında Qanunu, bir çox Dövlət Proqramları vahid dövlət uşaq siyasətinin formalaşdırılması və həyata keçirilməsi sahəsində milli konsepsiyasının inkişafında xüsusi rol oynayır.
Sonda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər