Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” mövzusunda maarifləndirici tədbir keçirilib

15 noyabr 2022 | 15:10
     15 noyabr 2022-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 №-li tam orta məktəbin akt zalında “Uşaq hüquqları aylığı” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, rayonun təhsil müəssisələrinin pedaqoji heyəti və şagirdləri iştirak etdilər.
     Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı RPŞ-nin nümayəndəsi Elvin Məmmədov və məktəbin tarix müəllimi Şəfəq Abdiyeva  “Uşaq hüquqları aylığı” başlıqılı çıxışlarla şagirdləri geniş şəkildə məlumatlandırıblar.
     Natiqlər vurğulayıb ki, hər il olduğu kimi 2022-ci ildə də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir.
     Qeyd edilib ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiyalar və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
     Bildirildi ki, uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilərək onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib. 
     Daha sonra Uşaq Hüquqları anlayışını əks etdirən rəsm işlərindən ibarət sərgiyə baxış keçirildi. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər