Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqları aylığı” mövzusunda maarifləndirici tədbir keçirilib

13 noyabr 2026 | 12:19
        Pirallahı rayonunda 13 noyabr 2026-cı il tarixdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbdə “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların zərərli informasiyadan qorunması və internet təhlükəsizliyi” və “Uşaqlar arasında hüquqları barədə məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədilə sorğunun keçirilməsi” mövzularında maarifləndirici tədbir keçirilib.
        Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin şagird və müəllim kollektivi iştirak ediblər.
       Mövzu ətrafında çıxış edən natiqlər qeyd ediblər ki,  hər il olduğu kimi Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 20 oktyabr-20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilir. Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiyalar və protokollar ratifikasiya edilərək qüvvəyə minib. Ölkəmiz 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. 1998-ci ildə ölkəmizdə BMT-nin “Uşaq Hüquqları haqqında” Konvensiyasının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları haqqında” Qanun qəbul edilib. Bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
       Daha sonra təqdimat əsasında şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər, uşaq hüquqları sahəsində mövcud olan beynəlxalq və ölkədaxili normativ hüquqi aktlar, BMT-nin adı çəkilən konvensiyası və “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunu ilə müəyyən olunmuş uşaqların hüquqları və vəzifələri, həmin hüquqların müdafiəsi mexanimzləri barədə ətraflı məlumat verilib.
            Sonda verilmiş sualların cavablandırılması təmin edilib və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılıb
Keçidlər