Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq hüquqlarının müdafiəsi və təşviqi” sahəsində dəyirmi masa keçirildi

23 iyul 2022 | 16:26
     İyulun 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Uşaq hüquqlarının müdafiəsi və təşviqi” sahəsində dəyirmi masa keçirilmişdir. Yığıncaqda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Polis Şöbəsinin nümayəndəsi, məktəb direktorları, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
     Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Yetkinlik Yaşına Çatmayanların Işləri və Hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, 243 nömrəli tam orta məktəbin direktoru Elnur Bayramov və 4 nömrəli UGİM-in metodisti Sevda Bəşirova çıxış edərək hər bir uşağın müdafiə olunmaq hüququ olduğunu bildirdilər. O cümlədən, natiqlər vurğuladılar ki, hər bir uşağın hərtərəfli inkişaf etmək, milli və ümumbəşəri dəyərlərə uyğun humanizm və əxlaqi prinsiplər əsasında tərbiyə almaq hüququ vardır. O da vurğulandı ki, uşaqların sağlam böyüməsi, onların baxımsızlığı hallarının aradan qaldırılması, valideyn himayəsindən məhrum olmuş, sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiəsinin təmin edilməsi prinsipləri dövlətin qəbul etdiyi sosialyönümlü proqramlarda xüsusi yer tutur.
      Uşaqlar cəmiyyətin bir üzvü, ailənin sevinc mənbəyidir. “Uşaqlar bizim gələcəyimizdir” deyən Ulu Öndər Heydər Əliyevin  sözlərini yaş ötdükcə daha dolğunluğu ilə dərk edirik. Lakin ailənin, cəmiyyətin öhdəliyi uşaq dünyaya gətirməklə yalnız onun təlim, tərbiyəsinin qeydinə qalmaqla kifayətlənmir. Biz uşaq hüquqlarının müdafiəçisi rolunda çıxış etməli, onların mənafelərinin tapdalanmasına mane olmalı və həyatına ziyan dəyəcək hər bir zərbədən, maneədən onları qorumalıyıq.
      Sonda mövzu ilə bağlı verilmiş suallar məsul şəxslər tərəfindən cavablandırıldı.
Keçidlər