Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması”, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Uşaqlar arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” mövzularında maarifləndirici tədbir keçirilmişdir

11 fevral 2025 | 15:20
      11 fevral 2025-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbin akt zalında “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması”, “Kibercinayətkarlığa qarşı mübarizə” və “Uşaqlar arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası” mövzularında maarifləndirici tədbir keçirilmişdir.
      Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının və Rayon Polis İdarəsinin məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etmişdir.
        Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Elman Kazımov bildirdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomaniya yaddaş və təfəkkürü pozur, orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. O da qeyd olunmuşdur ki, bu gün ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi və onlara qarşı mübarizə üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi, bu sahədə hüquq-mühafizə orqanlarının fəaliyyətinin gücləndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi dövlət başçısının və hüquq mühafizə orqanlarının daimi diqqət mərkəzindədir.
            Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev bildirdi ki, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının 2015-ci il 19 yanvar tarixli 06 nömrəli Sərəncamı ilə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Komissiya”sı, 25 dekabr 2014-cü il tarixli 78 nömrəli Sərəncamı ilə isə “Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası”yaradılmışdır. Belə ki, rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və digər müəssisələrdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər mütəmadi olaraq həyata keçirilir.
         Eyni zamanda qeyd edilmişdir ki, cəmiyyətimizi narahat edən məsələlərdən biri də Kibercinayətkarlığdır. Kibercinayətkarlığın qarşısının alınması, bu sahədə profilaktik, habelə digər təşkilatı-hüquqi mexanizmlərin müəyyən olunması istiqamətində ölkəmizdə kompleks işlər görülərək, bu cinayətlə mübarizə tədbirlərini əhatə edən normativ-hüquqi aktlar, Dövlət Proqramları, xüsusi layihələr qəbul edilməklə və icra olunmaqla digər sahəvi qanunvericilik normalarının inkişafına dövlətimiz tərəfindən əlavə dəstək verilir, müvafiq qurumlar tərəfindən maarifləndirici fəaliyyət həyata keçirilir. 
        Tədbir zamanı videoçarx nümayiş olunmuş, verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzu ətrafında açıq dialoq, izahat işləri aparılmışdır.
Keçidlər