Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilib

24 noyabr 2022 | 13:20
      24 noyabr 2022-ci il tarixdə Pirallahı rayonunda fəaliyyət göstərən Y.Əliyev adına 235 nömrəli tam orta məktəbdə “Narkomaniya və alkoqolizmin qarşısının alınması, yetkinlik yaşına çatmayanların və gənclərin təlim-tərbiyəsi, məşğulluğu, asudə vaxtlarının səmərəli təşkili, uşaqların və gənclərin vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, rayon Polis şöbəsinin rəisi - polis polkovniki Cümşüd İsmayılov, Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Tibb Mərkəzinin həkim-psixoloqu Aliyə Əliyeva, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Şüvəlan Uşaq və Ailələrə dəstək mərkəzinin nümayəndəsi Pəri Abdullayeva, məktəbin müəllim və şagirdləri iştirak etdilər.
      Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Polis şöbəsinin rəisi və digər məsul əməkdaşlar çıxışlar edərək, mövzu ətrafında  şagirdlərə geniş məlumatlar vermişdir. Natiqlər vurğulayıb ki, Müasir dövrdə narkomaniya bütün dünyada narahatlıq doğuran qlobal  problem kimi bəşəriyyətin qarşısında durmaqdadır.  Təəssüf ki, “Ağ ölüm” təhlükəsi ölkəmizdən də yan keçməmişdir. Faciəvi nəticələrə gətirib çıxaran narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına deyil, həm də mənəviyyata ciddi zərbə vurur. Narkomaniya cinayətkarlığın artmasına rəvac verir, ağır xəstəliklərə səbəb olur, mənəvi deqradasiyaya aparıb çıxarır. Narkomaniyaya qarşı məqsədyönlü mübarizə ümumxalq işinə çevrilməlidir. Sağlam həyat tərzinin təbliği, gənclərin dövlətçiliyə sadiq layiqli vətəndaşlar kimi tərbiyə olunması Azərbaycan Respublikasında həyata keçirilən dövlət gənclər siyasətinin prioritet vəzifələrindən birini təşkil edir. Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində daim gənclərə qayğı göstərib, onların bir fərd kimi yetişməsinə xüsusi diqqət ayırıb.
      Eyni zamanda qeyd olumuşdur ki, Azərbaycan dövləti gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşmış və ona həyat üçün əhəmiyyətli məsələ kimi baxmışdır. Bu, bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onun inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Digər bir tərəfdən, gənclərimiz milli ruhda, milli-mənəvi dəyərlərimizin əsasinda tərbiyələnməli, tariximizi, dilimizi, keçmişimizi, dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.
       Daha sonra mövzu ilə əlaqəli video-çarx nümayiş olundu. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər