Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar arasında “Narkotikin əsirinə çevrilməyin!” başlıqlı maarifləndirici tədbir keçirilib

21 oktyabr 2022 | 11:55
     21 oktyabr 2022-ci il tarixində  Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən 243 №-li tam orta məktəbin akt zalında “Narkotikin əsirinə çevrilməyin!” başlıqlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, 243 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, Rayon Polis Şöbəsinin və Pirallahı Tibb Mərkəzinin nümayəndəsi, qeyri-hökümət təşkilatlarının rəhbərləri iştirak etdilər. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı RPŞ-nin YYÇ üzrə inspektoru Ramil Cəfərov, Pirallahı Tibb Mərkəzinin həkim infeksionisti  Arzu Ağayeva və 243 nömrəli tam orta məktəbin psixoloqu Lalə Yəhyayeva çıxış edərək geniş şəkildə şagirdləri məlumatlandırdılar.
     Tədbirdə Azərbaycan dövlətinin narkomaniyaya qarşı  ciddi şəkildə mübarizə apardığı, onun yaratdığı problemlərin aradan qaldırılması istiqamətində müxtəlif işlər gördüyü, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin narkomanlığa və narkotik  maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edərək imzalamış olduğu Fərmanlar xüsusi olaraq qeyd edildi. Əlavə olaraq vurğulandı ki, bu sosial bəlanın bütün cəmiyyəti əhatə etməməsi üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işləri daha düşünülmüş, səmərəli şəkildə aparılmalı, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. O da qeyd edildi ki, kütləvi idman tədbirləri məhz bu məqsədə xidmət edir və rayonumuzda mütəmadi olaraq idman yarışları və maarifləndirmə tədbirlərinin keçirilməsi gənclərin asudə vaxtının düzgün dəyərləndirilməsinə və zərərli vərdişlərdən uzaq olmalarına xidmət edir.
     Sonda mövzu ilə bağlı verilmiş suallar cavablandırıldı.
Keçidlər