Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaqlar arasında “Sonu ölüm olan narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib

07 oktyabr 2022 | 12:12
    07 oktyabr 2022-ci il tarixdə  Pirallahı Rayon İcra Hakimiyyətinin və Pirallahı Rayon Polis Şöbəsinin birgə  təşkilatçılığı ilə Pirallahı qəsəbəsində yerləşən  Laçın rayon M.Müseyibov adına Bozlu kənd tam orta məktəbinin akt zalında “Sonu ölüm olan narkotikə yox deyək” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Rauf Əliyev, Pirallahı RPŞ-nin YYÇ üzrə inspektoru Ramil Cəfərov, Pirallahı Tibb Mərkəzinin həkim infeksionisti  Arzu Ağayeva “Narkomaniya ölümdür”, “Həyatını qısaltma”, “Narkotik insanı cinayətə sürükləyir” başlıqlı çıxışlarla və narkomaniyanın fəsadları barədə şagirdləri geniş şəkildə məlumatlandırıblar.
      Natiqlər vurğulayıb ki, narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalmaqdadır. Narkomaniya digər vərdişlərlə müqayisədə daha təhlükəlidir. Bəşəriyyətin ən böyük bəlalarından olan narkomaniya cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurmaqla yanaşı, həm də sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradır,cinayətkarlığın artmasına təkan verir. Vurğulandı ki, Respublikamızda narkotizmlə və narkobizneslə mübarizənin əsası ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 18 iyun 1999-cu il tarixli Qanunu ilə qoyulmuşdur. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maariflənmənin gücləndirilməsidir. Tədbirin sonunda şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırıldı.
Keçidlər