Vətən müharibəsi şəhidi baş leytenant Vüsal Babayevin doğum günü qeyd edildi
08 yanvar 2026 | 15:42
8 yanvar 2026-cı il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş baş leytenant Babayev Vüsal Sübbuh oğlunun 34-cü doğum günü qeyd edildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və ailə üzvləri tərəfindən şəhidin Hərbi Memorial Məzarlıqda yerləşən məzarı ziyarət olunmuş, önünə gül dəstələri düzülmüş və ruhuna dualar oxunmuşdur.
Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvanda onlara bir daha baş sağlığı verilərək ailənin qayğıları, problemləri ilə maraqlanılmışdır. Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdilər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






