Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anım mərasimi keçirildi

05 oktyabr 2023 | 15:55
      5 oktyabr 2023-cü il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun anım mərasimi keçirildi. Anım mərasimində  Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, RİH-nin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və dualar oxunub.
     Anım mərasimində çıxış edən RİH başçısı Vasif İmanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışıdı. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elmar Nəbiyevin şərəfli ömür və döyüş yolundan söz açan natiq bildirdi ki, onun vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.
     Sonra şəhid Elmar Nəbiyevin ailəsi ziyarət edildi. RİH əməkdaşları ailə üzvlərinin qayğıları, problemləri ilə maraqlanıb, onların daim diqqət mərkəzində saxlanılacağını ifadə edib.
      Şəhidin doğmaları və yaxınları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər