Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anım mərasimi keçirildi

05 oktyabr 2024 | 14:09
         5 oktyabr 2024-cü il tarixində 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun anım mərasimi keçirildi. Anım mərasimində  Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
       Mərasim şəhidin məzarının ziyarət olunması ilə başlayıb. Şəhidin məzarı önünə çiçəklər düzülüb və dualar oxunub.
       Anım mərasimində çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərdə igid oğullarımızın göstərdiyi şücaət nümunələrindən danışdılar. Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda şəhid olan Elmar Nəbiyevin şərəfli ömür və döyüş yolundan söz açan natiqlər bildirdilər ki, onun vətənpərvərlik və mübarizliyi daim gənclərə örnək olacaq.
       Şəhidin doğmaları və yaxınları  onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Keçidlər