Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin doğum günü qeyd edildi

22 mart 2023 | 12:32
      22 mart 2023-cü il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun 22-ci doğum günü münasibətilə şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq RİH əməkdaşları və şəhidin ailə üzvləri tərəfindən Gürgən qəsəbə qəbirstanlığında yerləşən məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülmüş və dualar oxunmuşdur. Daha sonra şəhidin ailə üzvlərinin yaşadığı ünvanda onlara bir daha baş sağlığı verilərək ailənin qayğıları, problemləri ilə maraqlanılmışdır. Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət va qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
     Şəhidin ailəsinə RİH tərəfindən bayram sovqatı təqdim olunmuşdur.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər