Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin doğum günü qeyd edildi
22 mart 2025 | 11:37
22 mart 2025-ci il tarixdə Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun 24-cü doğum günü qeyd edildi. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhidin ailə üzvləri tərəfindən şəhidin Gürgən qəsəbə qəbirstanlığında yerləşən məzarı ziyarət olunmuş, məzarı önünə gül dəstələri düzülmüş və dualar oxunmuşdur. Məktəblilərin ifasında vətənpərvərlik tərənnüm edən şerlər səsləndirilmişdir.
Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirdi.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!