Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin doğum günü qeyd edilib

22 mart 2026 | 12:32
       22 mart 2026-cı il tarixdə Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə  təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun 25-ci doğum günü qeyd edilib. Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayon ərazisində fəaliyyət göstərən idarə və təşkilatların rəhbərləri, təhsil müəssisələrinin müəllim və şagird kollektivləri, şəhidin ailə üzvləri tərəfindən şəhidin Gürgən qəsəbə qəbirstanlığında yerləşən məzarı ziyarət olunub və dualar oxunub.
       Sonra şəhidin ailəsi yaşadığı ünvanda ziyarət olunub. Onlara Ramazan və Novruz Bayramları münasibətilə bayram payı təqdim edilib. Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildiriblər.
        Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər