Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun anım günü münasibəti ilə məzarı və ailəsi ziyarət olunub
05 oktyabr 2026 | 16:38
05 oktyabr 2026-cı il tarixində Vətən müharibəsi şəhidi Nəbiyev Elmar Elman oğlunun anım günü münasibətilə onun məzarı və ailəsi ziyarət olunub.
Anım mərasimində Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Emil Abasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı Aparatının və YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, məktəblilər və şəhid ailələri iştirak ediblər. İlk olaraq şəhid Elmar Nəbiyevin məzarı ziyarət olunub. Məzarı önünə gül dəstələri düzülüb, Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçmiş qəhrəman şəhidin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhuna dualar oxunub.
Tədbir iştirakçıları şəhidlərin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını, onların göstərdiyi qəhrəmanlığın və Vətən sevgisinin gələcək nəsillər üçün daim örnək olacağını bildiriblər. Qeyd olunub ki, Azərbaycan xalqının tarixində Vətən müharibəsi müstəsna əhəmiyyət daşıyan şanlı səhifələrdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub. Bu möhtəşəm Qələbənin əldə edilməsində şəhidlərimizin qəhrəmanlığı və fədakarlığı əvəzsizdir.
Daha sonra şəhid Elmar Nəbiyevin ailəsi ziyarət olunub. Ailə üzvləri ilə səmimi söhbət aparılıb, onların qayğıları və problemləri ilə maraqlanılıb. Şəhid ailəsinə göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi bildirilib.
Ziyarət zamanı şəhid ailəsi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərilən yüksək diqqət və qayğıya görə dərin minnətdarlıqlarını ifadə ediblər.
Səmimi görüş zamanı bir daha vurğulanıb ki, Vətən uğrunda canından keçən şəhidlərimizin adı və əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Onların qəhrəmanlıq yolu, Vətənə bağlılığı və müqəddəs amal uğrunda göstərdikləri fədakarlıq heç zaman unudulmayacaq.







