Şriftin ölçüsü :

Saytın rəngi :

Xəzər dənizinin Pirallahı sahilində növbəti iməcilik aksiyası keçirildi

06 iyul 2024 | 12:11
     Ətraf mühitin qorunması və ekoloji vəziyyətin davamlı inkişafı ölkə konsepsiyasının əsas tərkib hissəsinə çevrilib. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindən biridir. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 cari il ölkəmizdə keçiriləcək. 
      "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublikamızın bütün bölgələrində olduğu kimi rayonumuza da ətraf mühitin qorunması və ekoloji vəziyyətin  yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Rayonda insanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzindədir. Mövcud parklarda mütəmadi olaraq yaşıllaşdırma və cari təmir işləri aparılmaqdadır. Bu il ərzində keçirilən ağacəkmə aksiyaları zamanı 1300-dən çox müxtəlif növ ağac və gül kolları əkilmişdir.
     6 iyul 2024-cü il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xəzər dənizinin Pirallahı sahilində iməcilik aksiyası keçirildi. Aksiyada RİH-in əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak etdi. Keçirilən aksiya zamanı 10 hektar ərazi tullantılardan təmizləndi, toplanılan zibillər çeşidlənərək qablaşdırıldı və aidiyyəti üzrə daşındı.
Keçidlər