Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

26 fevral 2024 | 13:43
       Pirallahı rayonunda fəaliyyət göstərən ümumtəhsil və  mədəniyyət müəssisələrində Xocalı faciəsinin 32-ci ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirlərdə dövlət himnimiz səsləndirilmiş,  faciə qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilmişdir.
       Tədbirlərdə çıxış edən natiqlər Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişlər. Əlavə olaraq qeyd edilmişdir ki, son iki yüz il ərzində erməni şovinistləri öz havadarlarının köməkliyi ilə Azərbaycan xalqına və dövlətinə qarşı etnik təmizləmə, işğalçılıq siyasəti həyata keçirsələr də, Prezident İlham Əliyevin diplomatik məharəti, Azərbaycan ordusunun peşəkarlığı və xalqımızın Ali Baş Komandan ətrafında “dəmir yumruq” kimi birləşməsi sayəsində haqq-ədalət nəhayət bərqərar olmuşdur. Xocalıda hazırda Azərbaycan Bayrağının dalğalanması Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirməkdədir.
        Bildirilmişdir ki, faciəyə siyasi qiymətin verilməsi məhz Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün də Heydər Əliyev irsinin ən layiqli davamçısı Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Xocalı soyqırımına beynəlxalq hüquq normaları çərçivəsində qiymət verilib, dünyanın bir sıra ölkələri, beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıyıb.
       Sonda şagirdlərin ifasında   ədəbi-bədii kompozisiyalar, səhnəciklər nümayiş olunmuş, şeirlər səsləndirilmişdir.
Keçidlər