Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

23 fevral 2024 | 12:11
    22 fevral 2024-cü il tarixində Pirallahı rayonunda fəaliyyət göstərən 4 saylı Uşaq Gənclər İnkişaf Mərkəzində Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb.
    Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş,  Ümummilli lider Heydər Əliyevin, faciə qurbanlarının və şəhidlərin xatirəsi yad edilmişdir.
     Çıxış edən natiqlər XX əsrin ən qanlı faciəsi olan Xocalı soyqırımı haqqında  tədbir iştirakçılarına ətraflı məlumat verərək bildirdilər ki. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırım cinayətlərindən biridir. Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrdən biri kimi xalqımızın qan yaddaşına əbədi həkk olunub. Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində və 19-20 sentyabr antiterror əməliyyatında Xocalı soyqırımı qurbanlarının qisası alındı və onların qanı yerdə qalmadı.   
     Tədbirdə şagirdlərin ifasında Xocalı soyqırımı qurbanlarına  həsr olunmuş kompozisiyalar  və əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.

 

Keçidlər