Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 13-cü ildönümü qeyd olunub

20 iyul 2026 | 10:28
      17 iyul 2026-cı il tarixində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis edilməsinin 13-cü ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, şəhid ailələri, rayon ərazisində fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, gənclər və fəallar iştirak ediblər.
      Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
      Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov tədbir iştirakçılarını 13-cü ildönümü münasibətilə təbrik edərək bildirib ki, Yeni Azərbaycan Partiyası öz potensialı, real addımları və bacarıqlı kadrları ilə xalqa xidmət edir. Bu baxımdan YAP Pirallahı rayon təşkilatıda qarşıda duran məsul vəzifələrin həlli istiqamətində öz işini yeniləşən Azərbaycanın müasir tələbləri kontekstində qurmalı, ölkədəki islahatlar prosesinə hərtərəfli dəstək verməklə yanaşı, daxili pozitiv transformasiyalara da hər an hazır olmalıdır. Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Emil Abasov qeyd edib ki, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra öz ideoloji prinsiplərini cəmiyyətimizin birliyi, bütövlüyü və həmrəyliyi üzərində quran Yeni Azərbaycan Partiyası Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında bu mühüm tarixi missiyanın öhdəsindən uğurla gəlmişdir. Öz fəaliyyətini bu günün tələbləri səviyyəsində quran YAP Pirallahı rayon təşkilatı ən gənc rayon təşkilatı olmasına baxmayaraq, əldə etdiyi naliyyətlərlə ümumi işimizə öz töhfəsini verməkdədir. Ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində, sosial şəbəkələrdə aparılan təbliğat işlərində, gənclərin siyasi maarifləndirilməsində Pirallahı rayon təşkilatı hər zaman aktivlik nümayiş etdirir, YAP Mərkəzi Aparatının tapşırıqlarını dəqiqliklə yerinə yetirir.
       Sonra çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov, YAP İdarə Heyətinin üzvü Asif Əsgərli və Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Yeni Azərbaycan Partiyasının yarandığı gündən keçdiyi şərəfli inkişaf yolundan, ölkənin ictimai-siyasi həyatındakı mühüm rolundan və Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunan uğurlardan bəhs ediblər. Natiqlər qeyd ediblər ki, Yeni Azərbaycan Partiyası "Dövlətə, xalqa xidmət" prinsipini rəhbər tutaraq Azərbaycanın davamlı inkişafına, milli maraqlarının qorunmasına və cəmiyyətin həmrəyliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verir. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilib, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər isə ölkəmizin gücünü və xalq–iqtidar birliyini bütün dünyaya nümayiş etdirib. Çıxışlarda YAP Pirallahı rayon təşkilatının fəaliyyəti də yüksək qiymətləndirilib. Qeyd olunub ki, rayon təşkilatı ötən illər ərzində həyata keçirdiyi çoxsaylı ictimai-siyasi layihələr, gənclərlə iş, sosial təşəbbüslər və maarifləndirmə tədbirləri ilə partiyanın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verib. Sonda qonaqlar YAP Pirallahı rayon təşkilatının təsis edilməsinin 13-cü ildönümü münasibətilə təşkilatın bütün üzvlərini təbrik edərək, gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıblar.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının və YAP Pirallahı rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya üzvünə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.
    Tədbir ziyafət və bədii hissə ilə davam edib.
Keçidlər