Şriftin ölçüsü :

Saytın rəngi :

“YAŞAT” Fondu şəhid övladlarına məktəbli ləvazimatları çatdırıb

05 sentyabr 2024 | 16:48
      “YAŞAT” Fondu tərəfindən Vətən Müharibəsi şəhidləri ailələrinin sosial problemlərinin həll edilməsi daim diqqət mərkəzində saxlanılır.  Fond tərəfindən həyata keçirilən “Hədiyyə Karvanı” layihəsi şəhidlərimizin orta məktəbdə təhsil alan övladlarını sevindirməyə davam edir. Yeni dərs ilinin başlanğıcı ərəfəsində Fondun və Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən 2 şəhid ailəsinə baş çəkilmiş, məktəbyaşlı şəhid övladlarına dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilmişdir.
       Göstərilən qayğıya görə şəhid ailələri dövlət başçısına minnətdarlıqlarını bildirmişlər.
Keçidlər