Şriftin ölçüsü :

Saytın rəngi :

"Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası və dəniz sahilində iməcilik təşkil olunmuşdur

11 oktyabr 2024 | 13:25
       11 oktyabr 2024-cü il tarixində Pirallahı rayonunda "Yaşıl dünya naminə həmrəylik İli" çərçivəsində genişmiqyaslı ağacəkmə aksiyası və dəniz sahilində iməcilik təşkil olunmuşdur. Aksiyada Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndələri iştirak etmişdir. Tədbir zamanı ümumilikdə 200 ağac əkilmiş, dəniz sahilindən məişət tullantıları yığılaraq ərazi təmizlənmişdir.
        Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilmişdir. Bu qərarın Pirallahı rayonu ərazisində yüksək səviyyədə icrasını təmin etmək məqsədilə 1 mart 2024-cü il tarixində Rayon İcra Hakimiyyəti başçısı tərəfindən müvafiq Sərəncam və Tədbirlər Planı təsdiq olunmuşdur. Tədbirlər Planına əsasən, ilin əvvəlindən bir çox maarifləndirici tədbirlər, dəyirmi masalar və konfranslar, yaşıllaşdırma, ağacəkmə və iməcilik aksiyaları həyata keçirilmişdir. Həmçinin bərk məişət tullantılarının idarə olunması, utilizasiyası və zərərləşdirilməsi üzrə mühüm addımlar atılmışdır. 11 oktyabr tarixli ağacəkmə və iməcilik aksiyaları da görülən işlərin davamı istiqamətindədir. Qeyd edək ki, bu cür təşəbbüslər ekoloji tarazlığın qorunmasına, ətraf mühitin yaxşılaşdırılmasına və cəmiyyətin ekoloji maarifləndirilməsinə önəmli töhfələr verir.
        Pirallahı rayonunda mütəmadi keçirilən bu cür tədbirlər eyni zamanda, ictimaiyyətin ekoloji məsələlərə daha çox diqqət ayırmasına və cəmiyyətin təbiətə münasibətdə daha məsuliyyətli olmasına şərait yaradır. Bununla yanaşı, ölkənin ekoloji siyasətinə uyğun olaraq, iqlim dəyişikliyinin qarşısının alınması və təmiz gələcək üçün görülən tədbirlər böyük əhəmiyyət daşıyır. Yaşıllıqların genişləndirilməsi və təbii sərvətlərin qorunması, gələcək nəsillərə sağlam bir mühitin miras qoyulması üçün vacib bir addımdır.
Keçidlər