Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” və “sağlam həyat tərzinin təbliği” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir

14 dekabr 2023 | 16:37
14 dekabr 2023-cü il tarixdə  Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonunda fəaliyyət göstərən “4 saylı Uşaq-gənclər İnkişaf Mərkəzi”ndə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” və “sağlam həyat tərzinin təbliği” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və mərkəzin  müəllim və şagird kollektivi iştirak etmişdir.
Tədbir zamanı çıxışçılar bildirdilər ki, müasir dövrdə gənclərin vətənpərvərlik ruhunun artırılmasının özünəməxsus xüsusiyyətləri və üstünlükləri var. Azərbaycançılıq ideologiyası həm də milli vətənpərvərliyi artıran ümumi dəyərlər sistemidir. Dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilərək mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Gəncliyi Dövlət Proqramı"nda (2005-2009-cu illər) gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması, gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması kimi vacib müddəalar öz əksini tapır.
         Eyni zamanda zərərli vərdişlərin sağlamlığa vurduğu ziyanlar və ondan xilas olmağın yolları, asudə vaxtlarının səmərəli keçirilməsi, düzgün və sağlam qidalanma rejimi, zərərli və xeyirli qidalar, onları ayırd etmə üsulları izah edilmişdir.
Daha sonra mövzularla  əlaqəli yetkinlik yaşına çatmayanları  maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər