Şriftin ölçüsü :

Saytın rəngi :

“Yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” və “Yetkinlik yaşına çatmayanlara ailə məsuliyyətinin formalaşdırılması” mövzularına həsr olunmuş maarifləndirici dəyirmi masa keçirilmişdir

16 yanvar 2024 | 17:27
      16 yanvar 2024-cü il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 235 nömrəli tam orta məktəbdə “Yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi” və “Yetkinlik yaşına çatmayanlara ailə məsuliyyətinin formalaşdırılması” mövzusunda maarifləndirici dəyirmi masa keçirilmişdir.
       Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları və məktəbin şagirdləri iştirak etdilər.
     Tədbirdə mövzular ətrafında çıxışlar edilərək ətraflı məlumatlar verilmişdir. Tədbir zamanı verilmiş sualların cavablandırılması təmin edilmiş və mövzular ətrafında şagirdlərlə açıq dialoq aparılmışdır.
      Natiqlər qeyd etmişdir ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi daim diqqət mərkəzindədir. 
Azərbaycançılıq ideologiyasının mühüm prinsiplərindən birini gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil edir. Bu məqamda vurğulamaq yerinə düşər ki, müasir qloballaşma dövründə gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsi hər bir Azərbaycan vətəndaşı qarşısında böyük məsuliyyət yaradır. Məhz bu baxımdan ölkəmizdə yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə edilməsi sahəsində mütəmadi olaraq tədbirlər həyata keçirilir.
    Eyni zamanda, qeyd edildi ki, ailə vətəndaş cəmiyyətini formalaşdıran əsas elementlərdən biridir. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal forması sayılır. İnsan ailədə dünyaya gəlir, onun vasitəsilə uşaqların ilkin sosiallaşması və tərbiyə edilməsi başlayır. Həmçinin böyüyə hörmət və qayğı göstərmək vəzifəsi ailədə reallaşır. Ailə institutunun möhkəmliyi həmin cəmiyyətin və dövlətin güclənməsi və inkişafı deməkdir. 
Daha sonra şagirdləri maraqlandıran suallar ətraflı şəkildə cavablandırılmışdır.
Keçidlər