"Zəfər Günü" ərəfəsində şəhid ailələri və qazilər ziyarət olundu
07 noyabr 2023 | 16:42
6-8 noyabr tarixlərində Pirallahı rayonunda “Zəfər Günü” münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə təşkilatçılığı ilə humanitar aksiya keçirilib. 50-dən çox ailəni əhatə edən aksiya çərçivəsində şəhid ailələrinə, qazilərə, veteranlara, o cümlədən aztəminatlı ailələrə ərzaq yardımı paylanılmışdır.
Ərzaq yardımı alan vətəndaşlar onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.