"Zəfər Günü" ilə bağlı təhsil və mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilmişdir
07 noyabr 2023 | 17:07
"8 Noyabr - Zəfər Günü" münasibətilə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən təhsil və mədəniyyət müəssisələrində bir sıra tədbirlər keçirilmişdir.
Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşlarının, Vətən müharibəsi iştirakçılarının və sözügedən müəssisələrin kollektivlərinin iştirak etdiyi tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlamışdır.
RİH-nin məsul əməkdaşları tədbirlərdə çıxış edərək vurğulamışdır ki, 44 gün ərzində Azərbaycan bütün dünyaya öz gücünü göstərdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusu Vətən müharibəsində böyük şücaət göstərərək Zəfərimizi Azərbaycan xalqının tarixinə həkk etdi. O da vurğulandı ki, qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcı qoyuldu. Bizlər bu canlı tarixin şahidi və xoşbəxt iştirakçılarıyıq.
Tədbirlər şagirdlərin ifasında şeir və musiqi nömrələrinin, kompozisiyaların ifası ilə öz işini davam etdirdi.