Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2021-ci ildə görülən işlər haqqında Hesabat

“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun əsaslanaraq, hesabat ilində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, hesabat ilində Aparatda və ərazi nümayəndəliklərində çalışan dövlət qulluqçularını maarifləndirmək məqsədilə aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları;
-  “Yerli İcra Hakimiyyətləri haqqında  Əsasnamə” ilə yerli icra hakimiyyətlərinə həvalə edilmiş vəzifə və səlahiyyətlər;
- Dövlət qulluqçularının etik davranış qaydaları-Əmr, Sərəncam və tapşırıqların yerinə yetirilməsi
- “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Korrupsiyanın qarşısının alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətlər, maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”.
Məlum olduğu kimi, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Pirallahı  Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçularının fəaliyyəti 2021-ci ildə də qiymətləndirilmişdir.
Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən 16 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Aparatın əməkdaşları il ərzində 3 aylıq vəzifə maaşı həcmində mükafat, əmək məzuniyyətinə çıxdıqda isə 1 aylıq vəzifə maaşı həcmində müavinət ödənilir.
Hesabat ilində dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulması hallarına yol verilməmiş və barələrində intizam tənbehi tətbiq edilməmişdir.
Keçidlər