Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən göstərilən dövlət xidmətləri üzrə müraciətin səyyar xidmət vasitəsilə həyata keçirilməsi qaydası
|
s/s |
Səyyar xidmətin həyata keçirilməsi qaydası |
|
|
1 |
Səyyar qaydada göstərilən xidmətlər |
Tam və ya qismən elektronlaşdırılmış, həmçinin elektronlaşdırılmamış xidmətlər |
|
2 |
Səyyar xidmət üzrə məsul şəxslər |
RİH-nin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi və Aparatın xidmət üzrə məsul əməkdaşları (Çilov və Neft Daşları qəsəbələri (adaları) üzrə isə inzibati ərazi dairələri üzrə nümayəndəliyin əməkdaşları) |
|
3 |
Səyyar xidmətin əhatə dairəsi |
Rayonun inzibati ərazisi |
|
4 |
Səyyar xidmət üzrə məlumatlandırma (müraciət etmə) vasitələri və qrafik |
1- Məlumatlandırma (müraciət etmə) vasitələri: - Poçt, email, “Rəqəmsal İcra Hakimiyyəti” portalı, çağrı mərkəzi, elektron müraciət, birbaşa, həmçinin proses müddətində mobil telefon-sms (mesaj) 2- Qrafik: - məlumatlandırma (müraciət etmə) vasitələri ilə razılaşdırılmış tarix və saat |
|
5 |
Səyyar xidmət üzrə ləvazimat |
A4 vərəqləri, qələm, qovluq və digər dəftərxana ləvazimatı |
|
6 |
Səyyar xidmət üzrə texniki vasitələr |
Wi-Fi şəbəkəsinə bağlanan və ya internetə çıxışı olan noutbuk (və ya planşet), internetə çıxışı, skan etmə funksiyası və dövlət xidmətləri üzrə onlayn platformalara giriş etmə imkanı olan mobil (smart) telefon və sair |
|
7 |
Səyyar xidmətin həyata keçirilməsi proseduru |
1- Elektronlaşdırılmamış xidmətlər üzrə: Müraciət olduğu halda xidmətə dair tələb olunan sənədlər RİH-nin məsul şəxsləri tərəfindən öncədən razılaşdırılmış tarix və saatda istifadəçidən olduğu yer üzrə əldə edilir və əməkdaşlar tərəfindən müvafiq köməkliyin göstərilməsi (ərizələrin alınması, sənədlərin skan edilməsi, sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi və sair) təmin olunur. İstifadəçidən əldə olunan sənədlər RİH-də qeydiyyata alınaraq icraata yönləndirilir. Qeyd: skan edilmiş sənədlər RİH-də çap edilir və müraciət üzrə məlumatlara əlavə olunur. 2- Tam və ya qismən elektronlaşdırılmış xidmətlər üzrə: Müraciət olduğu halda xidmətə dair tələb olunan sənədlər RİH-nin məsul şəxsləri tərəfindən öncədən razılaşdırılmış tarix və saatda istifadəçidən olduğu yer üzrə əldə edilir və əməkdaşlar tərəfindən müvafiq köməkliyin göstərilməsi (istifadəçi tərəfindən dövlət xidmətləri üzrə onlayn platformalara girişin edilməsi, sənədlərin skan edilməsi, sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi, müraciətin və sənədlərin portala daxil edilməsi, ərizələrin alınması və sair) təmin olunur. Qismən elektronlaşdırılmış xidmətlər üzrə istifadəçidən əldə olunan sənədlər RİH-də qeydiyyata alınaraq icraata yönləndirilir və ya məlumatlara əlavə olunur. Qeyd: skan edilmiş sənədlər RİH-də çap edilir və müraciət üzrə məlumatlara əlavə olunur. |
|
8 |
Xidmətin göstərilməsi nəticəsində əldə olunan sənədin səyyar xidmət üzrə şəxsə çatdırılması |
Müraciət olduğu halda xidmətin göstərilməsi nəticəsində əldə olunan sənəd RİH-nin məsul şəxsləri tərəfindən öncədən razılaşdırılmış tarix və saatda istifadəçiyə olduğu yer üzrə təqdim edilir. |






