Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında etik davranış məsələləri ilə əlaqədar 2025-ci ildə görülən işlər haqqında Hesabat
“Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsaslanaraq, hesabat ilində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatında bir sıra işlər görülmüşdür.
Belə ki, 2025-ci il ərzində Aparatda və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində dövlət qulluqçuları üçün aşağıdakı mövzularda təlimlər keçirilmişdir:
- Dövlət qulluqçularının etik davranış qaydaları
-Dövlət qulluqçularının etik davranış qaydaları;
-Dövlət qulluqçularının etk davranış qaydaları: “Korrupsiyanın qarşısının
-Dövlət qulluqçularının etk davranış qaydaları: “Korrupsiyanın qarşısının
alınması, hədiyyə alma ilə əlaqədar məhdudiyyətləri, maddi və qeyri-madi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”
- Dövlət qulluqçularının etik davranış qaydaları: “Vicdanlı davranış, loyallıq, mədəni davranış, insanların və hüquqi şəxslərin işgüzar nüfuzuna, şərəf və ləyaqətinə hörmət”;
-“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
-Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili.
-“Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddəalar: “Dövlət qulluqçusunun hüquqları, dövlət qullugu ilə əlaqədar məhdudiyyətlər, təminatlar, mükafatlandırma və məsuliyyət”;
-Vətəndaşların müraciətləirinə baxılması işinin təşkili.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində inzibati vəzifə tutan dövlət qulluqçusunun xidməti fəaliyyətinin hər təqvim ilinin sonunda qiymətləndirilməsi müəyyən edilmişdir. Hesabat ilində “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.4-cü maddəsinə və “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın 8-ci bəndinə əsasən, 7 nəfər dövlət qulluqçusuna növbəti ixtisas dərəcələri verilmiş.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə RİH başçısının Çilov qəsəbə inzibati dairəsi üzrə nümayəndə Vüsal Eldar oğlu Fərəcov “Dövlət qulluğunda fərqlənmə” medalı ilə təltif edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı Aparatında çalışan dövlət qulluqçuları tərəfindən etik davranış qaydalarının pozulmasına görə daxil olmuş şikayətlərə qanunvericiliyin tələblərinə uyğun baxılır.






