Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Gəncsən? Başla!" adlı Master Klas keçiriləcəkdir

15 may 2019 | 11:00
    18 may 2019-cu il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və təşəbbüsü ilə, Legal Standart MMC-nin dəstəyi ilə, Pirallahı gəncləri üçün işgüzar inkişafları, iş quruculuğu, biznesə başlamağın hüquqi prosedurları, gənclərin seçdikləri peşələr üzrə başlamaq istədikləri işlərin planalaşdırılması sahəsində "Gəncsən? Başla!" adlı Master Klas keçiriləcəkdir.
     Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə Dr. dosent Nadir Adilov tərəfindən yazılmış "Gəncsən? Başla!", "MəqsədliSən?!" kitabları müəllif tərəfindən gənclərə imzalı təqdim ediləcəkdir. Gənclərin işgüzar inkişafına dəstək məqsədi ilə yazılmış kitablarda müəllif  tərəfindən real və praktiki nümunələr geniş yer verilib. Kitablar yeniyetmə və gənclər üçün nəzərdə tutulub. Qeyd edək ki, Nadir Adilov Azərbaycanda və xaricdə çap edilən 100-dən çox elmi məqalənin və 5 elmi əsərin müəllifi və işgüzar inkişaf yazarıdır.
     Master Klassda, Legal Standart MMC-nin həmtəsisçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Vəkil İsmayıl Kəngərli gənclərə başlamaq istədikləri işlərin istiqaməti üzrə hüquqi prosedurlar, qanuni fəaliyyəti əsasları üzrə məsləhət verəcəkdir. Eyni zamanda Master Klassda Gənclərin Fərdi İnkişafı üzrə ekspert Abdulla Teyyubovun motivasiya və  fərdi inkişaf istiqamətində təqdimatları keçiriləcəkdir. Master klassda 50 gəncin iştirakı nəzərdə tutulur.
Keçidlər