Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Azərbaycan ailəsi” film-festivalı çərçivəsində “Dan yeli” filmi nümayiş etdirildi

10 yanvar 2020 | 11:00
     Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Heydər Əliyev Fondu və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun birgə təşkilatçılığı ilə kinomatoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üçün nümayiş etdirilməsi istiqamətində “Azərbaycan ailəsi” film-festivalı həyata keçirilir. Artıq ənənəyə çevrilmiş bu film-festivala daxil olan filmlər ölkəmizin hər yerində nümayiş etdirilir və  böyük maraqla qarşılanır. Belə nümayişlərdən biri də yanvarın 9-da Pirallahı Gənclər Mərkəzində həyata keçirildi.  Tədbirdə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası tərəfindən lentə alınan “Dan yeli” filmi nümayiş etdirildi. Gənc rejissor Kamal Yaşarın filmi tədbir iştirakçıları tərəfindən böyük maraqla izlənildi.
     Qeyd edək ki, 2009-cu ildən etibarən həyata keçirilən və beynəlxalq xarakter daşıyan “Azərbaycan ailəsi” film festivalı və festival çərçivəsində keçirilən “Həyatdan şəkilə” adlı fotomüsabiqənin əsas məqsədi kinematoqrafiya və fotoqrafiya sənəti vasitəsilə ailə dəyərlərinin təbliği, milli-mənəvi dəyərlərin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, cəmiyyətdə mövcud olan problemlərin işıqlandırılması, gənclərdə yaradıcılıq qabiliyyətinin aşkar olunması, eləcə də ailə məsələlərini əks etdirən video və foto materiallardan ibarət fondun zənginləşdirilməsi və təqdim edilən işlərin maarifləndirmə məqsədilə cəmiyyət üzvlərinə nümayiş etdirilməsidir.
 
Keçidlər