Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda qanvermə aksiyası keçirilib

10 dekabr 2020 | 11:00
Dekabrın 10-da Vətən müharibəsində yaralanan döyüşçülərə dəstək məqsədilə  10 saylı Birləşmiş Şəhər Xəstəxanasında qanvermə aksiyası  keçirildi. Təşəbbüsə qoşulan donorların sayı kifayət qədər olmuş və 150-dən artıq könüllüdən qan götürülmüşdür.  B.Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim briqadası tərəfindən hər bir donorun sağlamlığı öncədən yoxlanılıb, hərtərəfli tibbi müayinədən sonra onlardan qan götürülüb.
Qanvermə zamanı donorların və tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün zəruri tədbirlər həyata keçirilib.
Sözügedən aksiyada toplanan qanlar qan ehtiyacı yaranan xəstələrin müalicəsinə kömək məqsədilə istifadə ediləcək.
 
Keçidlər