Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda növbəti iməcilik aksiyası keçirildi

23 yanvar 2021 | 11:00
       Yanvarın 23-də Pirallahı rayonunda iməcilik aksiyası keçirildi. Səhər saatlarından etibarən kommunal xidmətləri, idarə və müəssisələr, sahibkarlar tərəfindən rayonda operativ təmizlik işlərinin həyata keçirilməsinə başlanıb.
 

        Aksiya zamanı küçələrin kənarlarının, yol kənarlarına yığılan çirkabların təmizlənməsi, zibil konteynerlərinin dezinfeksiyası, səkilərin və onların kənarlarının, həmçinin vitrinlərin, dayanacaqların, işıq dirəklərinin yuyulması işləri həyata keçirilib.

        Eyni zamanda, Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Pirallahı rayon sahəsinin əməkdaşları yol kənarlarındakı yaşıllıq zolaqlarını yuyaraq təmizləyib, sinmış ağaclar budanıb, digər lazımi işlər həyata keçirilib.

         Qeyd edək ki, təmizlik işləri paytaxtın bütün rayonlarında aparılır və şəhərin təmizliyinin lazımi səviyyədə saxlanılması üçün bütün tədbirlər görülür. Həyata keçirilən işlər Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.
 
 
Keçidlər