Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda Gənclər Günü münasibətilə “Vətən müharibəsində gənclərin Zəfər yolu” mövzusunda videokonfrans keçirildi

01 fevral 2021 | 11:00
     Fevralın 1-də Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Vətən müharibəsində gənclərin Zəfər yolu” mövzusunda videokonfrans keçirildi.
      YAP Pirallahı rayon təşkilatı GB-nin sədri Rüfət Əhmədov  iştirakçıları salamlayaraq, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. O qeyd etdi ki, 1996-cı il 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin 1-ci forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq  Ümummilli Liderimizin sərəncamı ilə 2 fevral tarixi respublikamızda  “Gənclər Günü” kimi qeyd olunur. Natiq, həmçinin vurğuladı ki, bu Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var.  Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Natiq qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsisi, 2020-ci ili “könüllülər ili” elan edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu gün qətiyyətlə deyə bilərik ki, gənclərimiz ölkə başçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasi kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.
      Tədbir  zamanı 44 günlük Vətən Müharibəsinin iştirakçıları Sadıxov Hüseyn və Şəbiyev Rövşən vətənə olan sevgisindən, arzularından və döyüşlər zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdılar.
      Videokonfransda YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Qəribli Aysel, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin əməkdaşı Əliyeva Güldanə, YAP Pirallahı rayon təşkilatının fəal üzvü Salahzadə Sailə, 235 saylı tam orta məktəbin tarix müəllimi Məmmədova Türkan, 231 saylı tam orta məktəbin psixoloqu Əliyeva Kübra çıxış edərək, ölkəmizdə gənclərə göstərilən yüksək dövlət qayğısından danışıb, rayon gənclərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
      Tədbirdə çıxış edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının I müavini Vəzir Səfixanov ölkəmizdə Gənclər Gününün qeyd edilməsinin gənclərə həmişə diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həllinə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə birbaşa bağlı olduğunu bildirib. Vurğulanıb ki, bu il Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni faşistlərindən azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıqlar göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdırıblar. Natiq gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəallığının artırılması işində böyük rol oynadığını qeyd edərək bütün Azərbaycan gənclərini “2 fevral - gənclər günü” münasibətilə təbrik etdi.
 
Keçidlər