Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda humanitar aksiyalar davam etdirilir

11 iyun 2021 | 11:00
      10 iyul 2021-ci il tarixdə “Xəzər Qayğıkeşlik Layihəsi” Humanitar İctimai Birliyinin dəstəyi, Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı rayonu, Pirallahı qəsəbəsində “Azercell” Mobil Stomatologiya Klinikası tərəfindən ödənişsiz stomotoloji müayinə və müalicə aksiyası həyata keçirildi. Ən müasir  avadanlıqlarla təchiz olunmuş Mobil Diş Klinikasında aztəminatlı ailələrin, şəhid ailələrinin və Vətən müharibəsi qazilərinin övladları da daxil olmaqla ümumilikdə 20-dək uşaq peşəkar stomatoloji xidmətlərdən yararlanmış və bir neçə uşaq müalicəyə cəlb olunmuşdur.
Məlumat üçün bildirilir ki, aksiya ayın sonuna qədər davam etdiriləcəkdir.
 
 
 
Keçidlər