Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid döyüşçünün təltif olunduğu medal ailəsinə təqdim edilib

26 iyun 2021 | 11:00
        Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Nəbiyev Elmar Elman oğlu Azərbaycan Respublikası  Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 26 iyun 2021-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsi, YAP Pirallahı Rayon Təşkilatı, DTX-nın Pirallahı rayon Şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Elmar Elman oğlu Nəbiyevin təltif olunduğu “Vətən uğrunda”, medalını ailə üzvülərinə təqdim etmişlər.
         Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov Azərbaycan Ordusunun tarixindən danışaraq qeyd etmişdir ki, əsl mütəşəkkil ordunun yaranması, formalaşması Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz Qarabağdan qələbə müjdəsini vermişdir. 44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız kimi Pirallahı rayonunun sakinləri də Ali Baş Komandanın əmrlərinə hazır olduqlarının və ordu sıralarına böyük ruh yüksəkliyi ilə yazıldıqlarının şahidiyik. Vətən uğrunda canından keçən Elmar Nəbiyev kimi mərd oğulların hər zaman qədirbilən xalqımızın qəlbində əbədiyyən yaşayacağını vurğulayan natiq qeyd etmişdir ki, istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində şəhid və qazi olmuş igidlərimizin ailələri hər zaman dövlətimizin qayğısı ilə əhatə olunmuş və bu dəstək bundan sonra da bu davam edəcəkdir.
      Şəhidin atası Elman Nəbiyev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
 
Keçidlər