Şriftin ölçüsü :

Saytın rəngi :

“Xocavəndin azad olunmasına görə” medalı şəhidin ailəsinə təqdim edilib

20 sentyabr 2021 | 11:00
       Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Nəbiyev Elmar Elman oğlu Azərbaycan Respublikası  Prezidentinin Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. 20 sentyabr 2021-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Supay Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər rayon İdarəsinin əməkdaşları 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş əsgər Elmar Elman oğlu Nəbiyevin təltif olunduğu “Xocavəndin azad olunmasına görə” medalını ailə üzvülərinə təqdim etmişlər.
         Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Arzu Abdullayev Azərbaycan Ordusunun tarixindən danışaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı ordumuz Qarabağdan qələbə müjdəsini vermişdir. 44 günlük Vətən müharibəsi dövründə bütün xalqımız kimi Pirallahı rayonunun sakinlərinin də Ali Baş Komandanın əmrinə hazır olduqlarının və ordu sıralarına böyük ruh yüksəkliyi ilə yazıldıqlarının şahidiyik. Vətən uğrunda canından keçən Elmar Nəbiyev kimi qəhrəman oğulların hər zaman qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını vurğulayan natiq qeyd etmişdir ki, istər Birinci Qarabağ, istərsə də Vətən müharibəsində şəhid və qazi olmuş igidlərimizin ailələri hər zaman dövlət qayğısı ilə əhatə olunmuşdur və bu dəstək bundan sonra da davam edəcəkdir.
      Şəhidin atası Elman Nəbiyev göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.
 
Keçidlər