Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “5 oktyabr – Beynəlxalq Müəllimlər günü” qeyd edildi

05 oktyabr 2017 | 11:00
   5 oktyabr – Beynəlxalq Müəllimlər günü münasibətilə Pirallahı rayonunda  tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH əməkdaşları, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə, müəllimlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
   Vəzir Səfixanov öz çıxışında müəllimləri təbrik edərək bildirdi ki, ölkəmizdə müəllimlər günü 1993-cü ildən qeyd edilməyə başlanıb.  Beynəlxalq Müəllimlər günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram” deyən ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirib, onlara böyük hörmətlə yanaşıb, təhsil işçilərinin maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılmasının qayğısına qalıb. Onun müəllim haqqında dediyi fikirlər müəllimlərə verilən ən yüksək qiymətdir: “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, xalqımızın rifahı naminə vicdanla işləməyi səbirlə bizə öyrətmiş və öyrədir”. Gələcək gənclərin, gənclər isə müəllimlərin əsəridir! Diqqətə çatdırıldı ki, bu gün Prezidentimiz cənab İlham Əliyevin Ulu öndərin siyasi kursunu layiqincə davam etdirməsi hamımızı sevindirir. Azərbaycanın birinci Vitse-prezidenti, Heydər Əliyev fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə qayğısı, diqqəti təhsil ocaqlarında yaradılan şərait müasir standartlara uyğun sinif otaqlarının və inzibati binaların istifadəyə verilməsi sabaha inamı artırır. Son illərdə respublikanın hər yerində olduğu kimi, Pirallahı rayonunda da yeni məktəblərin tikintisi, təmiri və yenidən qurulması istiqamətində görülən işlər bunu bir daha təsdiq edir. Pirallahının təhsil ocaqlardan danışan Vəzir Səfixanov qeyd etdi ki, hər il olduğu kimi bu il də rayon məktəbləri üçün uğurlu il oldu. Belə ki, 2016-2017-ci tədris ilində Pirallahı rayon məktəblərini 181 məzun bitirmişdir. 102 nəfər ali məktəblərə qəbul üçün sənəd vermiş və 82 nəfər qəbul olmuşdur. Sənəd verənlərin sayına nisbətən qəbul 80% olmuşdur, bu da respublika üzrə ən yüksək göstəricilərdən biridir.
    Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri, RİH başçısı Aparatının şöbə müdiri Hikmət Şikarov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Pirallahı Rayon Komitəsinin sədri Arzu Cahangirova, Pirallahı rayon Ağsaqqallar şurasının sədri Fazil Məhəmmədov və digər çıxış edənlər ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlərdən, Prezident İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə göstərilən  hərtərəfli qayğıdan danışdılar.
Bayram süfrəsi ətrafında keçirilən tədbir maraqlı konsert proqramı ilə davam etdi.
 
Keçidlər