Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Sənaye Parkı Azərbaycanda əczaçılıq sənayesinin inkişafında müstəsna rol oynayacaq

10 oktyabr 2017 | 11:00
      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 14 sentyabr 2016-cı il tarixdə Bakı şəhəri Pirallahı rayonu ərazisində Sənaye Parkının yaradılması haqqında sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq, Pirallahı Sənaye Parkında ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək.
      Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı nəzərdə tutulur. Pirallahı Sənaye Parkının yeni rezidenti - “Diamed Co” MMC tərəfindən Sənaye Parkında qabaqcıl Avropa ölkələri, eləcə də Yaponiya və Koreya texnologiyaları əsasında ildə 55-58 milyon ədəd müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı nəzərdə tutulur. Zavodda şpris istehsalı zamanı yerli və xarici xammaldan istifadə edilməsi planlaşdırılır. Bu müəssisələr, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır.
      Pirallahı qəsəbəsində 30 hektar ərazidə inşa olunacaq Pirallahı Sənaye Parkının tikintisi üçün ilkin hazırlıq işləri görülür. Hazırda Parkın ərazisində təmizlik və planlaşdırma işləri aparılır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülür. Tezliklə Parkın tikinti işlərinə start veriləcək.
 
Keçidlər