Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir

12 oktyabr 2017 | 11:00
    Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlərin keçirilməsi davam etdirilir.
   Bu gün Pirallahı məktəbliləri arasında keçirilən futbol üzrə rayon birinciliyi keçirildi. Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Pirallahı rayonundakı 186 №-li məktəbin həyətində qurulmuş süni örtüklü idman meydançasında keçirilən turnirdə rayonun 186, 235, 243, 168 və 231 №-li tam orta məktəblərinin futbol komandaları öz qüvvələrini sınadılar. Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri, RİH başçısı Aparatının şöbə müdiri Hikmət Şikarov Yeni Azərbaycan Partiyasının 25 illik tarixinə qısa nəzər salaraq partiyanın qazandığı uğurlardan bəhs etdi. H.Şikarov vurğuladı ki, YAP-ın bütün fəaliyyəti Azərbaycan xalqının xoşbəxt yaşamasına və dövlətimizin inkişaf etməsinə xidmət edir. Natiq bildirildi ki, Azərbaycan artıq bütün dünyada bir idman dövləti kimi tanınır. Ölkəmizdə idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təbliği prioritet məsələlərdən biridir. Müxtəlif Dövlət Proqramları, sərəncamlar, fərmanlar və beynəlxalq yarışlarda, turnirlərdə əldə etdiyimiz uğurlar, qazanılan nailiyyətlər bunu sübut edir. Hazırda respublikamızın bütün guşələrində Olimpiya Mərkəzləri, stadionlar, idman arenaları inşa olunur, ölkəmiz bir sıra mötəbər yarışlara ev sahibliyi edib. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Bu baxımdan belə yarışların keçirilməsi gənclərimizin sağlam böyüməsinə və ölkəmizdə, eləcə də Pirallahı rayonunda idmanın inkişafına böyük töhfədir.
   Digər tədbir 235 nömrəli tam orta məktəbdə şahmat və dama üzrə orta ümumtəhsil məktəbləri arasında keçirildi. Turnirdə müxtəlif yaş qruplarından olan 30-a yaxın şagird mübarizə apardı. Yarışmada tamaşaçı qismində Rayon İcra Hakimiyyətinin əməkdaşları, YAP Pirallahı rayon təşkilatının üzvləri və rayon məktəblərinin müəllim heyəti iştirak etdilər. 5 məktəbin iştirak etdiyi yarışın yekun nəticəsinə görə şahmat idman növü üzrə birinci yerə  235 nömrəli, ikinci yerə 168 nömrəli, üçüncü yerə isə 186, dama idman növü üzrə isə birinci yerə 235 nömrəli, ikinci yerə 186 nömrəli, üçüncü yerə  isə 168 nömrəli tam orta məktəblərin komandaları layiq görülmüşlər.
   Qeyd edək ki, Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə YAP Pirallahı rayon təşkilatının təşəbbüsü ilə 186 nömrəli məktəbin bir qrup şagirdlərinin Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuşdur. Mərkəzin bələdçiləri tərəfindən dahi şəxsiyyət, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keçdiyi şərəfli ömür yolu, xarici səfərlərini özündə əks etdirən eksponat və nəşr materialları haqqında məktəblilərə məlumat verildi. Bundan əlavə, tədbirlər qrafikinə uyğun olaraq mütəmadi olaraq rayonun ümumtəhsil müəssisələrində şagirdlərin iştirakı ilə iməciliklər təşkil olunur. Aksiyalar zamanı əkilmiş ağaclar və gül kolları suvarılır, ərazidə səliqə-sahman işləri aparılır.
 
 
 
 
Keçidlər