Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə silsilə tədbirlər davam etdirilir

24 oktyabr 2017 | 11:00
  Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətində İlk Ərazi Partiya Təşkilatının iclası keçirildi. Tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə həsr olunmuş “Xalq və dövlətçilik uğrunda” filmi nümayiş olundu.
   Tədbirdə çıxış edən RİH-nin əməkdaşları Anar Babayev və Mehman Həşimli YAP-ın bu səviyyədə inkişafını dahi şəxsiyyət Heydər Əliyevin, onun layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu qeyd etdilər. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə görülən işlərdən bəhs edən natiqlər Azərbaycanın bundan sonra da parlaq qələbələrə, böyük uğurlara imza atacağına əminliyini ifadə etdilər. Bildirildi ki, bunun üçün hər birimiz fəal olmalı və xalqımızın etibarlı gələcəyi üçün ölkəmizdə formalaşmış ictimai-siyasi sabitliyi, xalq-iqtidar-ordu birliyini bundan sonra da qorumalıyıq.
  YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov çıxış edərək bildirdi ki, Müstəqil Azərbaycan Respublikasının memarı, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun cənab Prezident İlham Əliyev tərəfindən qətiyyət və sədaqətlə davam etdirilməsi nəticəsində ölkəmiz ildən-ilə qüdrətlənir və inkişaf edir. Azərbaycan dünya miqyasında idman, multikultralizm, dini, milli tolerantlıq və bir çox sahələr baxımından nümunəvi ölkəyə çevrilib. Azərbaycanın Birinci Avropa Oyunlarına ev sahibliyi etməsinin, ötən il ölkəmizdə BMT-nin Sivilizasiyalar arası Alyansının VII Qlobal Formunun, eləcə də keçirilən möhtəşəm idman və əyləncə şousu "Formula-1" üzrə Avropa Qran-prisinin və bu il Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarının xüsusi əhəmiyyəti var. Bütün bunlar göstərir ki, müstəqil Azərbaycan dövləti 25 il ərzində sürətlə inkişaf edib. Natiq qeyd etdi ki, tarixi zərurətdən meydana gələn Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın inkişaf etdirilməsi, demokratiyanın bərqərar olması ilə bağlı əsas rolu öz üzərinə götürüb.
    Sonda təşkilatın fəaliyyətində aktivliyi ilə seçilmiş üzvlərə fəxri fərmanlar təqdim olundu.
 
 
Keçidlər