Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayon gənclərinin Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olundu

25 oktyabr 2017 | 11:00
    YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təşəbbüsü ilə rayon gənclərinin Heydər Əliyev Fondunun layihəsi olan Zirə Mədəniyyət Mərkəzi və Eko-Parka ekskursiyası təşkil olundu. Gənclər Zirə Mədəniyyət Mərkəzinin Qalereya – yaşıllıq ərazisi, Fotostudiya, Art-studiya, Elektron kitabxana, IDEA resurs mərkəzi, Şahmat otağı, Xarici dil kabineti (ingilis, fransız və rus dilləri), Moda studiya, Gimnastika və rəqs zalı, Zirə Xalça Muzeyi və Xalçaçılıq Tədris Mərkəzi ilə yaxından tanış oldular. Daha sonra gənclərə Zirə Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Eko-Park haqqında məlumat verildi. Bildirildi ki, Eko-Park xüsusi landşaft dizaynı ilə layihələşdirilib, burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Eko-Parkda Heydər Əliyev Fondunun vitse–prezidenti Leyla Əliyevanın müəllifi olduğu Həyat abidəsi- “Ürək” abidəsi tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Sonra onlar təşkil olunmuş nahar süfrəsində ekskursiya zamanı aldıqları məlumatları birbirləri ilə paylaşdılar.
    Ekskursiyanın sonunda tədbir iştirakçıları “Zirə Cinema”da ulu öndərimiz Heydər Əliyev haqqında filmə tamaşa etdilər. Gənclər onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz minnətdarlıqlarını bildirdilər.
 
 
 
 
Keçidlər