Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda keçirilən Gürgən-Pirallahı marafonu böyük maraqla qarşılandı

27 oktyabr 2017 | 11:00
      27 oktyabr 2017-ci il tarixdə Pirallahı rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illik yubileyi münasibətilə marafon yarışı keçirildi. YAP Pirallahı rayon təşkilatının təşəbbüsü ilə keçirilən marafona 400-ə yaxın təşkilatın gənc fəalı və rayon sakini qatıldı.
    Tədbirdə YAP Pirallahı rayon təşkilatının sədri, RİH-nin şöbə müdiri  Hikmət Şikarov iştirakçıları salamlayaraq Azərbaycanda dövlətçiliyin qorunmasında, ölkəmizin tərəqqisində YAP-ın rolunu xüsusi vurğulayaraq bildirdi ki, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalaraq, bu partiyanın sıralarına qoşulmuş 700 minə yaxın insan partiyanın sədri, Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına mühüm töhfələr verirlər. Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan H.Şikarov Azərbaycan idmançılarının Olimpiya, Avropa və Dünya çempionatlarındakı parlaq qələbələrindən söhbət açdı. Natiq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizdə idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlıqlarının möhkəmləndirilməsi prioritet istiqamətlərdən biridir. Bildirildi ki, rayonda gənclər siyasəti və idmanın inkişafı istiqamətində mütəmadi olaraq işlər aparılır. Bu işlər gənclərin vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, gənclərə sağlam həyat tərzinin aşılanması, gənclərin problemlərinin həllinə dəstək, istedadlı gənclərin aşkar olunmasına şərait yaradır. İdman sahəsində müxtəlif idman yarışları və turnirlər keçirməklə rayonda həm idmanın inkişafı həm də kütləviliyinin artırılması sahəsində tədbirlər həyata keçirilir. Diqqətə çatdırıldı ki, Pirallahı idmançıları da dünya və ölkə çempionatlarında xeyli sayda medallar qazanıb.
    Daha sonra marafona start verildi. İştirakçılar Gürgən qəsəbəsinin “Qala divarları kompleksin”dən hərəkət edərək Pirallahı qəsəbəsində ulu öndər Heydər Əliyevin postamentinə qədər məsafəni qət etdilər. Marafonun uzunluğu ümumilikdə 10 kilometr olub.
    Sonda qaliblərə Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı tərəfindən qiymətli hədiyyələr və fəxri fərmanlar təqdim olundu.
 
 
Keçidlər