Şriftin ölçüsü :

Saytın rəngi :

Babayev Vüsal Sübbuh oğlu

       Soyad: Babayev
 
       Ad: Vüsal

       Ata adı: Sübbuh

       Doğum tarixi: 08.01.1992

       Şəhid olub: 21.10.2020

       Rütbə: Baş leytenant
       Təltifləri        
 
 Babayev Vüsal Sübbuh oğlu -  8 yanvar 1992-ci ildə Pirallahı qəsəbəsində anadan olub. Uşaq vaxtı tərbiyəsi, ağlı, zəkası ilə yaşıdlarından seçilib. Yaxınları deyir ki, Vüsal son tikəsini belə hər kəslə bölüşən bir uşaq olub. 
Vüsal 1999-2010-cu illərdə Pirallahı rayonu 186 nömrəli tam orta məktəbdə təhsil alıb, çalışqan, savadlı bir məktəbli olub. Müəllimləri deyir ki, bir dəfə musiqi dərsində şagirdlər sıra ilə hərə bir mahnı oxumağa başlayıb. Sıra Vüsala çatanda isə o, himnimizi ifa edib. Vüsal uşaq vaxtlarından bayrağına, himninə, gerbinə, millətinə, Vətəninə bağlı bir oğul kimi böyüyüb.
 
 
 
Orta məktəbi bitirdikdən sonra Vüsal Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada oxuyan zamanlarda da tərbiyəsi, savadı, bacarığı ilə fərqlənib. 2014-cü ildə hərbi məktəbi leytenant rütbəsi ilə bitirib. Daha sonra baş leytenant rütbəsinə layiq görülüb. Həmin il Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə daxil olub. 2015-ci ildə yerüstü artilleriya tağım komandiri kursunu bitirib.
 
 
Babayev 2015-ci ildən Goranboy rayonu N saylı hərbi hissədə, 2018-ci ildən isə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ağır artilleriya komandiri vəzifəsində xidmət edib. Bu müddətdə əsgərlərinin, iş yoldaşlarının sevgisini, rəğbətini qazanıb. Əsgərlərinin hər zaman qayğısına qalıb. İşlədiyi müddətdə Fəxri Fərman və medallarla təltif olunub.
 
 
 
 
Vüsal bir çox hərbi təlimlərdə iştirak edib. Vətən müharibəsinin gedişatında oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
 
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
İgidimiz, həmçinin Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.
 
 
Selcan və Rüqəyyə adlı iki balası əmanət qalıb.
Ailəsi şəhid Vüsal Babayevin xatirəsini əbədiləşdirmək məqsədilə onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlayıb. 
 
 
 
Keçən günlər müqəddəs bir xatirədir
 
 
 
 
 
 
 
 
 
Keçidlər