Şriftin ölçüsü :

Saytın rəngi :

Nəbiyev Elmar Elman oğlu

 
        Soyad: Nəbiyev
 
        Ad: Elmar

       Ata adı: Elman

       Doğum tarixi: 22.03.2001

        Rütbə: əsgər
        Təltifləri       
       
 
Nəbiyev Elmar Elman oğlu - 22 mart 2001-ci ildə Pirallahı qəsəbəsində anadan olub. O, 2007-ci ildə həmin rayonun 186 nömrəli tam orta məktəbinin birinci sinfinə gedib. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Məktəbdə oxuyan vaxtlardan idmanla məşğul olub. Kosiko ko idman növündə həmişə keçirilən turnirlərdə 1-ci və 2-ci yerləri tutaraq kubok, medal və diplomlarla təltif olunub.Bundan əlavə keçirilən futbol yarışlarında da iştirak edən qəhrəmanımız bu sahədə də diplom və medallarla təltif olunub.
 
 
Hələ 8 yaşı olarkən məktəbin fəal şagirdlərindən biri kimi “İstedadlar sorağında” kitabında onun haqqında da məqalə yazılıb.
 
 
Məktəbi bitirdikdən sonra qəhrəmanımız 2019-cu ilin iyul ayında hərbi xidmətə gedib. Vətənə xidmətini Füzuli rayonunda edən igidimiz sərrast atıcı olub. Hərbi xidmətini Manqa komandiri olaraq yerinə yetirən qəhrəmanımızın təxris olunmasına 3 ay qalmış “İkinci Qarabağ” müharibəsi başlayır. Evə zəng vurub ata-anası ilə halallaşan Elmar tabeliyində olan əsgərlərlə birlikdə cəbhəyə yola düşüb.
 
 
Noyabrın 4-ü ailəsi ilə, 5-i isə dostu ilə danışan qəhrəmanımız elə həmin gecə yanlarına düşən minamyot nəticəsində yaralanır. Təxliyə olunub xəstəxanaya aparılsa da çoxlu qan itirdiyindən xəstəxənəyə çatmamış şəhid olur igidimiz.
Şəhidimiz 2020-ci il oktyabrın 16-da doğulduğu Pirallahı rayonunda xalqın böyük izdihamı ilə dəfn olunub.
 
 
Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulunin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
 
 
 
 
Keçən günlər müqəddəs bir xatirədir
 
 
 
 
Keçidlər